Pavel Felqenqauer: “Əgər Qarabağ Azərbaycana qayıtsa və bununla hər şey bitərsə, çox yaxşı olar” – MÜSAHİBƏ

Pavel Eugenievich Felgenhauer (Russian: Па́вел Евге́ньевич Фельгенга́уэр; born 6 December 1951) is a Russian military analyst[1] known for his publications about Russia’s political and military leadership.

Azərbaycanın işğal olunmuş ərazisindəki döyüş bölgəsindəki ikinci humanitar atəşkəs, birinci dəfə olduğu kimi, yenə pozuldu.

Ermənistan Silahlı Qüvvələri Ağdam rayonun ərazilərini atəşə tutdu, Azərbaycanın Xızı rayonun ərazisinə raket atdı, döyüş bölgəsində təxribatlar qeydə alındı.

Tanınmış rusiyalı hərbi ekspert Pavel Felqenqauer bir neçə gün əvvəl Rusiya telekanallarından birinin efirində atəşkəsin mümkün olmadığını söylədi.

Onun sözləri öz təsdiqini tapdı. Bundan əlavə, hələ iyul ayında Pavel Felqenqauer Media.Az-a verdiyi müsahibədə hərbi əməliyyatların baş verəcəyi təqdirdə Rusiyanın nə Ermənistananın, nə də Azərbaycanın xeyrinə münaqişəyə müdaxilə etməyəcəyi barədə proqnoz vermişdi.

Bu gün Pavel Felqenqauer növbəti dəfə Media.Az-ın suallarını cavablandırıb.

Humanitar atəşkəs sizin əvvəlcədən proqnozlaşdırdığınız kimi artıq iki dəfə də pozuldu…

Atəşkəs yox idi, daha doğrusu, o, virtual idi. Rusiya hər iki tərəfi döyüşü dayandırmağ üçün inandırmağa çalışdı. Nəzakətli insanlar isə “yaxşı” dedilər. Lakin vəziyyətin özü hərbi əməliyyatların dayandırılmasına imkan vermir.

İyul ayında bizim saytımıza verdiyiniz müsahibədə Rusiyanın nə Ermənistanın, nə də Azərbaycanın xeyrinə münaqişəyə müdaxilə etməyəcəyini söyləmişdiniz. Belə də olur. Tərəfləri barışdırmaq cəhdləri var, ancaq Moskvanın müdaxiləsi yoxdur. Bəs sizin fikrinizcə, Rusiyanın mövqeyi nədir? Qərbyönümlü Nikol Paşinyanın gedişi Moskva üçün faydalıdır?

Ümumilikdə, beli, dediyiniz kimidir. Moskva Paşinyanı bəyənmir. Ancaq qeyd etmək lazımdır ki, Rusiya bütün məsələlərə strateji yanaşır. Moskvanın Ermənistan, Azərbaycan və imkan daxilində Gürcüstan üzərində təsirini qorumağı və gücləndirməsi vacibdir. Buna görə də Rusiya, ümumi strateji hədəflərə zidd olduğu üçün Qarabağ münaqişəsində tərəflərindən birinin yanında olmağa istəmir.

Ancaq təbii ki, Rusiya Türkiyənin bölgədəki təsirinin daha da güclənməsini istəmir. Rusiyanın Xəzər donanmasındakı  təlimləri bir növ siqnal kimi qəbul edilə bilər.

Bununla belə, hərbi əməliyyatlar davam edir, Azərbaycan işğal olunmuş rayonlarını işğaldan azad edir. Nikol Paşinyan hələ də İrəvanda oturub, müsahibələr verir. Rusiya Ermənistan tərəfinin işğal olunmuş Azərbaycan ərazilərindəki davamlı məğlubiyyətlərə düçar olmasına reaksiya vermir.

Bütün məsələ burasındadır ki, Qarabağ Rusiya üçün xüsusilə vacib deyil. Əgər bu ərazilər Azərbaycanın tərkibinə qayıtsa (müharibə nəticəsində – red) və bununla münaqişə bitsə, o zaman çox yaxşı olar. Lakin daha yaxşı olar ki, bununla bərabər həm də Paşinyanın rejimi süquta uğrasın. İkinci Qarabağ müharibəsində belə dağıdıcı məğlubiyyətdən sonra bu qaçılmaz olacaq.

Rusiya üçün Ermənistanın müttəfiq olaraq qalması, Azərbaycanın isə müəyyən dərəcədə Rusiyanın təsir dairəsində qalması vacibdir. Əlbəttə ki, Rusiya Qarabağa hansısa müşahidəçilərin, daha yaxşı isə sülhməramlıları olmasında maraqlı olardı. Qarabağın özü isə, təkrar edirəm, Rusiya üçün ümumiyyətlə heç bir strateji əhəmiyyət kəsb etmir.

Axı ikinci Qarabağ müharibəsindəki məğlubiyyət Ermənistanı Qərbin qucağına daxil olmağa sövq edə bilərmi?

İrəvan üçün bunu etmək son dərəcə çətin olacaq. Məsələn, Ermənistan sərhədlərinin açıq olduğu İranı götürək. Yeri gəlmişkən, bu ölkə İrəvana ermənilərin istehsal etdiklərindən daha yaxşı PUA-lar sata bilən vacib  ticarət ortağıdır. Ancaq İranla yaxın münasibət ABŞ ilə problemlər deməkdir. Heç kim eyni zamanda İran və ABŞ-ın dostu olmağı bacarmayıb. Reallıqda Ermənistanın vəziyyəti ağırdır. Bəli, onların Qərbdə güclü lobbiçilər var. Ancaq Ukrayna və ya Estoniya kimi Qərb istiqamətində dönmək çətin olacaq.

Gəlin döyüşlərə toxunaq. Siz nəyə diqqət etmisiz?

Yadınızdadırsa, sizə hələ çoxdan müharibənin qaçılmaz olduğunu söyləmişdim. Bu baş verdi. İndi nə görürük? Erməni tərəfi bu müharibəyə ümumiyyətlə hazır deyildi. Ermənistan heç də ən müasir silahlarla silahlanmayıb. İrəvanda hesab edirdilər ki, münaqişə başlayarsa, qısamüddətli olacaq, Moskva onu dayandırmağa kömək edəcək və Ermənistan tərəfinin şərtləri ilə yeni bir barışıq olacaq. Mövcud vəziyyət proqnozlaşdırılmırdı.

Ancaq Azərbaycanın isə tamamilə fərqli bir müharibəyə hazır olduğu ortaya çıxdı, Bakı üstünlüyünü qoruyur. Erməni tərəfi yaxşı hərbi mütəxəssislərini, təcrübəli komandirlərini və topçularını itirir. Tezliklə Ermənistan dəhşətli təchizat problemi yaşayacaq və təchizat olmadan müharibə aparmaq mümkün deyil.

https://oxu.az/war/432658

социални бутони

You can skip to the end and leave a response. Pinging is currently not allowed.

Leave a Reply

Powered by WordPress | Designed by: All Premium Themes Online. | Thanks to Top Bank Free Premium WordPress Themes, wordpress themes 2012 and
©Բոլոր իրավունքները պաշտպանված են: Մեջբերումներ անելիս հղումը www.norkhosq.net-ին պարտադիր է: Կայքի հոդվածների մասնակի կամ ամբողջական արտատպումը, տարածումը, կամ հեռուստառադիոընթերցումն առանց www.norkhosq.net-ին հղման արգելվում է:Կայքում արտահայտված կարծիքները պարտադիր չէ, որ համընկնեն կայքի խմբագրության տեսակետի հետ: Կայքը պատասխանատվություն է կրում միայն «Նոր խոսք» ի ստորագրությամբ նութերի, կարծիքների եւ դիրքորոշումների համար: All Rights Reserved, www.norkhosq.net, info@norkhosq.net